Məktəblərə girib qızların ayaqqabı içliklərini oğurlayan şəxs YAXALANDI – VİDEObackend

Məktəblərə girib qızların ayaqqabı içliklərini oğurlayan şəxs YAXALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada məktəblilərin ayaqqabı içliklərini oğurlayan şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Yaponiyada gecə saatlarında təhsil müəssisələrinə gizlicə daxil olaraq məktəbli qızların dəyişək ayaqqabılarından içlikləri oğurlayan şəxs polis tərəfindən yaxalanıb.

Qəribə oğurluq hadisələri ilə bağlı daxil olan şikayətlərdən sonra hüquq-mühafizə orqanları əməliyyat keçiriblər.

Aparılan axtarış zamanı saxlanılan şəxsin yaşayış yerindən 451 ədəd oğurluq ayaqqabı içliyi, əynindəki gödəkcəsinin ciblərindən isə daha 8 ədəd aşkar edilərək götürülüb.

Fut-fetişizmi olduğunu etiraf edən kişi ifadəsində ayaqqabı içliklərini oğurlamağa hələ özü orta məktəbdə oxuduğu illərdən başladığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az