Finlandiyalı alimdən SENSASİON HİPOTEZ: Ölümdən sonrakı həyat mümkündürbackend

Finlandiyalı alimdən SENSASİON HİPOTEZ: Ölümdən sonrakı həyat mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölümdən sonrakı həyat mümkün hesab olunur.

İnterpress.az xəbər verir ki, bu barədə xarici elmi nəşrlər məlumat yayıb.

Finlandiyalı tədqiqatçı Pekka Rehardt insan şüurunun bioloji ölümdən və beyin fəaliyyətinin dayanmasından sonra da mövcudluğunu davam etdirə biləcəyini irəli sürüb.

Tədqiqatçının hipotezi ürək dayanması nəticəsində klinik ölüm keçirən və həmin ərəfədə aydın, canlı hisslər yaşadıqlarını bildirən insanların ifadələrinə əsaslanır.

Aparılan elmi təhlillərə görə, bu cür təcrübələrin bir qismi beyində elektrik fəallığının kəskin zəiflədiyi və ya heç qeydə alınmadığı anlarda baş verib.

Rehardt bu faktı insan şüurunun beyin funksiyalarından tam asılı olmaya biləcəyinə dair tutarlı arqument kimi qiymətləndirir.

Onun fikrincə, ən böyük sirr beyin fəaliyyətsiz qaldıqda belə, insanın öz varlığını hiss etməsi, dərin duyğuları saxlaması və hadisələri bütöv şəkildə qavraya bilməsidir.

Xuraman Etibarlı

İnterpress.az