8-ci mərtəbədən düşən gənc həkim ÖLDÜ – Sevgilisi SAXLANILDIbackend

8-ci mərtəbədən düşən gənc həkim ÖLDÜ – Sevgilisi SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda gənc həkim 8-ci mərtəbədən yıxılaraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbulda Qaziosmanpaşa xəstəxanasında həkim köməkçisi işləyən doktor Pelin Pınarın şübhəli ölümü ilə bağlı istintaq başladılıb.

Gənc həkim yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzilinin eyvanından yıxılaraq faciəvi şəkildə həyatını itirib.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İnsident baş verən zaman mənzildə olan və həkimin sevgilisi olduğu bildirilən gənc oğlan polis tərəfindən saxlanılaraq dindirilməyə aparılıb.

Hadisənin bədbəxt hadisə, intihar və ya qətl olması istiqamətində araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az