Azərbaycan neftinin qiyməti 101 dollara yaxınlaşırbackend

Azərbaycan neftinin qiyməti 101 dollara yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,24 % artaraq 100,63 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 92,72 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,51 ABŞ dolları və ya 1,59 % artaraq 96,64 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.