Putinlə GÖRÜŞ ÖNCƏSİ: Uitkoff və Kuşner Moskva otelində GÖRÜNTÜLƏNDİ – VİDEObackend

Putinlə GÖRÜŞ ÖNCƏSİ: Uitkoff və Kuşner Moskva otelində GÖRÜNTÜLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uitkoff və Kuşner Putinlə görüşdən əvvəl Moskvada otelə gəliblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və sabiq prezident müşaviri Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşdən öncə Moskvada yerləşən otellərdən birinə gəliblər.

Məlumata görə, nümayəndələrin Rusiya rəhbərliyi ilə keçirəcəyi danışıqlarda mühüm beynəlxalq məsələlərin və ikitərəfli əlaqələrin müzakirə olunacağı gözlənilir.

Görüşün dəqiq qrafiki və müzakirə ediləcək əsas mövzuların təfərrüatları barədə hələlik rəsmi məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az