Belə çağırış AP-nin qətnamə layihəsində yer alıb.
Bu sənəd AP-nin Brüsseldə keçiriləcək təcili sessiyasında qəbul olunacaq.
Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Aİ-nin istənilən üzv ölkəsi qurumun sıralarını tərk etmək hüququna malikdir. Bu prosedurun başlanması üçün həmin ölkə Brüsseli rəsmi olaraq xəbərdar etməlidir ki, danışıqlar prosesi başlasın.
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.(trend)
İnterpress.az