Avro-2016\”nın 1/4 finalında Almaniya ilə qarşılaşacaq İtaliya millisi oyuna ciddi itkilərlə çıxacaq.
İspaniya ilə oyunda zədələnən komandanın aparıcı üzvü Daniele de Rossi məşqlərdə iştirak edə bilmir.
Onun növbəti oyunu buraxacağı dəqiqləşib.
Daha bir futbolçu İtaliya millisinə Almaniya qarşısında kömək edə bilməyəcək. Zədə səbəbindən İspaniya ilə oyunu buraxan Antonio Kandrevanın durumu isə daha pisdir.
Onun ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Rəqib komandanın düşərgəsində isə hələlik heç bir itki yoxdur.
Almaniya ilə İtaliya yığması iyul ayının 2-də qarşılaşacaq. Qalib komanda yarımfinal mərhələsinə adlayacaq. Bu cütlüyün qalibi Fransa İslandiya cütlüyünün qalibi ilə üz üzə gələcək.
İdmanFutbol
İnterpress.az