66 yaşlı mütəxəssis istefa ərizəsini yerli Futbol Federasiyasının prezidentinə təqdim edib.
İspaniyanın RNE radiosuna açıqlama verən V.D.Boske yığmada çalışmaq istəyinin qalmadığını və bunun komandanın Avropa çempionatındakı nəticəsi ilə əlaqədar olmadığını bildirib.
Baş məşqçi İspaniya yığması ilə 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.
Qeyd edək ki, İspaniya AVRO-2016-nın 1/8 finalında İtaliyaya 0:2 hesabı ilə məğlub olaraq qitə turnirində mübarizəni dayandırıb.
İnterpress.az