Velosiped yolunun salınmasına dair bəzi məqamlara – Münasibətbackend

Velosiped yolunun salınmasına dair bəzi məqamlara – Münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekoloji cəhətdən təmiz nəqliyyat növü- velosiped yolunun salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihəsi hazır olandan sonra yolun salınmasına cavabdeh birbaşa “Azəravtoyol” ASC olacaq:

Bunu İnterpress.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

\”Daha sonra çəkilən yolun nəqliyyat infastrukturuna necə təsir edəcəyi, nəqliyyat sisteminin axınına mane olub-olmaması, uyğun ərazinin seçilib-seçilməməsi kimi məsələlər Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılacaq. Hələki bununla bağlı bizə heç bir layihə daxil olmayıb”.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu yaxınlarda çıxışlarının birində velosiped yolunun salınmasını bildirmişdir.

Gülşanə Mustafayeva
İnterpress.az