Məşhur italyan modelyer Corcio Armani Almaniyanın \”Bavariya\” futbol klubunun yeni formasını yaradacaq. Məlumata görə, bu barədə \”Armani qrupu\” şirkətinin mətbuat xidmətindən xəbər verilib.
\”Armani \”Bavariya\”nın rəsmi formasını yaradacaq\”, – deyə qısa xəbərdə bildirilir. Məlumatda həmçinin deyilir ki,\”Armani qrupu\” digər futbol komandaları ilə əməkdaşlıq haqda heç bir danışıqlar aparmır.
Armani idman geyiminin tərtibatı və istehsalı ilə artıq bir müddətdir ki, məşqul olur. 2012-ci il London Olimpiadasından başlayaraq Armani İtaliyanın milli olipmiya komitəsi ilə əməkdaşlığa başlayıb.
Modelyer artıq Rio-de-Janeyro olimpiyadası üçün də yeni kolleksiyasını hazırlayıb. Milli komandanın geyimi ağ rəng elementləri ilə tünd-göy çalarda hazırlanıb.
Corco Armani 1934-cü ildə Pyaçentsedə anadan olub. Modelyer və biznesmen Armani İtaliyanın ən zəngin insanlarından biridir.
Armani həmçinin \”Olimpiya Milan\” basketbol klubunun prezidentidir. O bundan əvvəl \”Çelsi\” futbol komandasının formasını tərtib edib. (ans)
İnterpress.az