Avro-2016: bu gün finaldırbackend

Avro-2016: bu gün finaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı vaxtilə saat 23-də başlayacaq final matçı meydan sahibi Fransa ilə Portuqaliya millisi arasında Parisin “Stad de Frans” stadionunda keçiriləcək. Oyunu ingiltərəli hakim Mark Klattenburq idarə edəcək.

Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, əgər Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da prineylilər Avropa çempionları sırasına daxil olacaqlar. İndiyədək bu titula 9 yığma nail olduğundan baş məşqçi Fernando Santosun yetirmələrinin 10-cu Avropa çempionu olmaq şansı var.

Finalda Fransa millisinin qalib gələcəyi təqdirdə isə onlar rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984 və 2000-ci illər) fransızlar hər iki halda kuboku başları üzərinə qaldırıblar. Bu final oyununda da eyni hal təkrarlanarsa Didye Deşamın yetirmələri Almaniya və İspaniya milliləri kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.

Fransa və Portuqaliya milliləri tarixdə ümumilikdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmanın hamısında qələbə qazanıblar.

Avropa çempionatı

Final

10 iyul

23:00. Portuqaliya – Fransa

Baş hakim: Mark Klattenburq

Sen-Deni. “Stad de Frans” (virtualaz.org)

İnterpress.az