23:06 / Polis gözyaşardıcı qazdan istifadə edib
Fransanın paytaxtı Parisdə Avropa çempionatının final matçı başlayıb.Məlumata görə, \”Stad de Frans\” stadionunda Portuqaliya və Fransa yığması üz-üzə gələcək.
Eyfəl qülləsinin yaxınlığında qurulan fan-ərazidə isə artıq polis gözyaşardıcı qazdan istifadə edib.
Matçdan öncə fan-ərazilər azarkeçlərlə dolu olub.
Bir neçə nəfər isə əraziyə qanunsuz daxil olmaq istəyib.
Lakin polis gözyaşardıcı qazdan istifadə etdikdən sonra vəziyyəti nəzarətə götürmək mümkün olub. (ans)
İnterpress.az