AMB-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 8-i ilə müqayisədə 0,2% artaraq 1,5487 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,13% zəifləyərək 1,7108 manat olub.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən dəyişməyərək 0,0241 manat səviyyəsində qalıb.
Türkiyə lirəsi manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,7% möhkəmlənərək 0,5357 manata enib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0070 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,3%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,09% azalaraq 0,6599 manata düşüb.
İnterpress.az