Yeni vağzalda WI-FI sistemi olacaq-Rəsmi Açıqlamabackend

Yeni vağzalda WI-FI sistemi olacaq-Rəsmi Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında \”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O bildirib ki, vağzal və onun 16 mərtəbəli əsas binası yeni standartlara uyğun olaraq təmir olunur.

\”Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, gözləmə və vip zal, restoranlar, istirahət otaqları fəaliyyət göstərəcək. Daha sonra,sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək\”.
Digər əsas yeniliklərin birindən danışan mətbuat katibi vağzalının WI-FI sistemi ilə təchiz olunmasını da vurğuladı.
Bundan başqa, N. Əzməmmədov əlavə edib ki, vağzalda iki ədəd tunel tikilir:
\” Məlumdur ki, dəmiryolu vağzalı iki hissədən ibarətdir. Bir istiqamətdən yerli, digərindən isə elektirik qatarı gəlir. Yəni bu qatarlardan düşən sərnişinlər tunel vasitəsilə birbaşa “ 28 May” Stansiyasının çıxışına gedəcəklər”.

Gülşanə Mustafayeva
İnterpress.az