“Onlar Azərbaycanı cəhənnəm kimi təqdim edir”backend

“Onlar Azərbaycanı cəhənnəm kimi təqdim edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev dünən \”Holiday İnn Baku” otelində \”Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzisinda keçirilən konfransda Azərbaycan mediasının ünvanına sərt fikirlər səsləndirib. Mətbuat Şurasının sədri Əflatun Amaşovun da iştirak etdiyi tədbirdə Ə.Qarayev medianı Gürcüstan turizmini tərifləyib Azərbaycan turizmi haqqında mənfi fikirlər səsləndirməkdə ittiham edib:

\”Gürcü fenomeni” deyilən bir fenomen var ki, bu fenomeni Azərbaycan mətbuatı yaradıb. Ondan başqa kimsə bu fenomeni tanımır və qəbul etmir. Azərbaycan mediası Gürcüstan turizmi haqqında o qədər yüksək fikirlər səsləndirir ki, onu oxuyanda elə bilirsən ki, Gürcüstan cənnətdir. Azərbaycanı isə cəhənnəm kimi təqdim edirlər. Halbuki, Azərbaycanda olan turizm obyektləri, burada yaradılan şərait Gürcüstandakı turizm müəssisələrində yoxdur”.

Ə.Qarayev medianı bu kimi məsələlərə dqqət yetirməyə, hər zaman \”milli maraqlar konteksində” çıxış etməyə səsləyib. Problem və çatışmazlıqlardan da xəbərdar olduqlarını bildirən nazir, bu problemlərin həlli istiqamətində lazımi addımlar atıldığını da vurğulayıb.

İnterpress.az