İran Azərbaycanla neft sənayesində yeni əməkdaşlığa BAŞLAYIRbackend

İran Azərbaycanla neft sənayesində yeni əməkdaşlığa BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İranın neft nazirinin müavini Əli Rza Əsl-Ərəbi deyib.

Onun sözlərinə görə, Azərbaycan gündəlik kiçik tapşırıqlı xidmətlərin, vaxtaşırı təmir və texniki prosedur xidmətlərinin göstərilməsi üzrə əsasən Avropa və Amerika şirkətlərinin xidmətlərindən yararlanır ki, bu da coğrafi uzaqlıq səbəbindən böyük xərclərə, xarici valyutadan istifadəyə və digər faktorlara səbəb olur.

Nazir müavini qeyd edib ki, İranda texniki xidmətin göstərilməsi üzrə 30-35 şirkət var: \”İran neft sənayesinin 110 illik tarixi var. Çoxlu təcrübəli mütəxəssislər və qısa müddətə səfərbər edilə bilən gənc ucuz işçi qüvvəsi var\”.

O əlavə edib ki, bu cür əməkdaşlıq İran şirkətlərinə də sərf edəcək. (trend)

İnterpress.az