“Apple” kompyuterləri üçün yeni virus aşkarlanıbbackend

“Apple” kompyuterləri üçün yeni virus aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bu zərərli proqram fişinq məktubuna əlavə edilən ZIP arxivində yayılır. Arxivdə mətnli fayl və ya “JPEG” formatlı təsvir adı ilə gizlədilən oxunan “Mach-O” faylı var. Fayl arxivdən işə salınan zaman virus təsviri və ya mətnli sənədi açır, istifadəçi üçün hiss olunmadan sonradan qurbanın kompyuteri barədə məlumatlar toplayan, filtrdən keçirən “Backdoor” quraşdırılır.

İnzibatçı hüququ əldə edildikdən sonra zərərli proqram “iCloud Keychain” menecer parollarının içindəkiləri köçürür və informasiyanı cinayətkarların uzaq məsafədə yerləşən serverlərinə göndərir. (ictnews.az)

İnterpress.az