İnterpress.az xəbər verir ki, ölkələrdən gələn tələbləri qismən də olsa açıqlayan “Facebook” 2014-cü ilə aid məlumatları ictimaiyyət ilə paylaşıb.
Məlumata görə, keçən ilin ikinci rübündə dünya səviyyəsində dövlətlərdən 35 min 51 ədəd istifadəçi məlumat tələbi gəlib. 2013-cu ilin ikinci yarısında isə bu rəqəm 34 min 946 olub.
2014-cü ikinci rübündə 5 min 832 tələblə Hindistan birinci olub. İkinci yerdə qərarlaşan Türkiyə isə 165 müraciətlə 3 min 624 paylaşımın ləğvini istəyib. Bu 165 tələbin 278 şəxs ya da hesabla əlaqəli olduğu açıqlanıb. Bundan əvvəlki 6 aylıq dövrdə Türkiyə 1893 paylaşımın qaldırılmasını tələb edib.
“Facebook”un hesabatında ABŞ-la bağlı məlumatlar da diqqət çəkir. ABŞ hökuməti “Facebook”dakı bəzi hesablarla əlaqədar rekord sayda məlumat istəyib. Hesabata görə, keçən ilin ikinci rübündə ABŞ hökuməti 14 min 274 sorğu tələbi ilə müraciət edib. Bu tələblərin 21 min 731-nün hesab ya da şəxslə əlaqədar olduğu açıqlanıb. İstənilən tələblər hesablarla əlaqədar şəxs ya da hesab məlumatı şəklində reallaşıb.
İnterpress.az