Avropa Liqasında 1/4 finalçıllar bəlli olubbackend

Avropa Liqasında 1/4 finalçıllar bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni gündə baş tutan bütün qarşılaşmalarda 1/4 finalçıllar bəlli olub.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçika “Brügge”si ilə qarşılaşıb. İlk görüşdə rəqibinə uduzan (1:2) “qara qartallar” növbəti mərhələyə keçmək niyyətində idi. Təəssüf ki, Slaven Biliçin yetirmələri qalib gəlməyi bacarmayıb. Görüşdə “Beşiktaş” yenə məğlub olub – 1:3.

“Roma” evdə \”Fiorentina” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan ilk oyunda qolsuz bərabərlik də qonaqlara sərf edirdi. Florensiya klubu meydan sahiblərini 0:3 hesabı ilə üstələyib.

Beləliklə, 1/4 finala yüksələn komandalar “Napoli”, \”Fiorentina”, Kiyev “Dinamo”su, “Brügge”, \”Volfsburq\”, “Sevilya”, “Zenit” və “Ayaks”dı.

Avropa Liqası
1/8 final, cavab oyunları
19 mart
“Dinamo” (M, Rusiya) – “Napoli” (İtaliya) – 0:0
İlk oyun – 1:3

\”Roma” (İtaliya) – \”Fiorentina” (İtaliya) – 0:3
Qollar: Rodriqes, 9-pen, Alonso, 18, Basanta, 22
İlk oyun – 1:1

“Dinamo” (K, Ukrayna) – Everton” (İngiltərə) – 5:2
Qollar: Yarmolenko, 21, Teodorazyk, 35, Veloso, 37, Qusev, 57, Antunes, 76 – Lukaku, 29, Jaqyelka, 82
İlk oyun – 1:2

“Ayaks” (Hollandiya) – \”Dnepr” (Ukrayna) – 2:1
Qollar: Bazoer, 60, van der Hoorn, 117 – Konoplyanka, 97
İlk oyun – 0:1

\”Beşiktaş” (Türkiyə) – “Brügge” (Belçika) – 1:3
Qollar: Ramon, 48 – de Sutter, 61, Bolinqoli-Mbombo, 80; 90
İlk oyun – 1:2

“İnter” (İtaliya) – \”Volfsburq\” (Almaniya) – 1:2
Qollar: Palasio, 71 – Kaliqyuri, 24, Bendtner, 89
İlk oyun – 1:3

“Sevilya” (İspaniya) – “Vilyarreal” (İspaniya) – 2:1
Qollar: İborra, 69, Suares, 83 – dos Santos, 73
İlk oyun – 3:1

“Torino” (İtaliya) – “Zenit” (Rusiya) – 1:0
Qol: Qlik, 90
İlk oyun – 0:2

İnterpress.az