İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Di Mauro beynəlxalq axtarışda olub. Polis əməkdaşları onu Kosmonavtlar prospektində yaxalayıblar.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Nikola Di Mauro Peterburqda qeydiyyatda olub və bu şəhərdə yaşayıb. Bəzi məlumatlara görə, o, şəhərdəki ticarət mərkəzlərindən birində pizza hazırlamaqla məşğul olub.
İtaliya mətbuatı xəbər verir ki, Nikola Di Mauro 2009-cu ildə Romaya 3,5 ton kokain və həşiş keçirmək istədiyi zaman saxlanılıb. İkincə dəfə onu 2014-cü ildə saxlayıblar. İtaliyada belə hesab edirlər ki, o, narkoticarətə nəzarət edib və Don Karmin Faşianinin oğulları ilə daim əlaqədə olub.
Faşiani klanı onun rəhbərinin adına belə adlandırılıb. Klan Ostiya əyalətinə nəzarət edib. 2015-ci ilin əvvəlində baş verən həbslər dalğasından sonra klan Koza Nostrya daxil olan təşkilat kimi qeydə alınıb. Faşianinin həbsində 500 polis iştirak edib. Saxlanılan 50 nəfər arasında mafia üzvləri ilə yanaşı, siyasətçilər, məmurlar, hüquqşünaslar və biznesmenlər də olub. Klan bankları və beynəlxalq narkoticarəti, eləcə də kazinolar şəbəkəsini nəzarətdə saxlayıb.
İnterpress.az