Bu barədə o, ölkə telekanallarının birindəki verilişdə qonaq olarkən bildirib.
“Mən bilmirəm, müzakirə edilən dini nifrət motivi nə dərəcədə rəsmi istintaqın qənaətidir və ya jurnalist versiyasıdır, məncə, bu, inandırıcı deyil” – deyib Çubays.
“Mən hər şeyə diqqətlə baxmışam. Boris Nemtsov Parisdəki faciəvi olayla bağlı islam haqda danışıb. Doğrudur, orada elə də sayğılı yanaşma olmayıb. Ancaq hər hansı kin-küdurət, təhqir də olmayıb. Elə şübhəli kimi saxlanılanların özləri də islam təməlçiləri deyillər” – əlavə edib Nemtsovun sabiq hökumət tərəfdaşı.
İnterpress.az