Bahçeli yenidən MHP sədri seçildibackend

Bahçeli yenidən MHP sədri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçki komissiyasının elan etdiyi nəticəyə görə, seçkidə 1160 nəfər səs verib, 1149 səs legitim sayılıb. Devlet Bahçeli 1149 səslə yenidən MHP sədri seçilib.

Qeyd edək ki, Devlet Bahçeli 1997-ci ildən bəri MHP-nin sədridir.

1948-ci ildə Osmaniyyə vilayətində anadan olan Devlet Bahçeli, bölgədə nüfuzu olan Fəttahoğlu əşirətinə mənsub bir ailənin övladıdır. İqtisadiyyat sahəsində ali təhsil almış Bahçeli tələbəlik illərindən milliyyətçi hərəkatın fəal nümayəndələrindən olub. Universitetdə assistentkən baş verən 1980-ci il hərbi çevrilişindən sonra milliyyətçi hərəkatın özünü yenidən toplamasında fəal rol oynayaraq Alparslan Türkeşə ən yaxın simalardan biri olub.

4 aprel 1997-ci ildə Alparslan Türkeşin vəfatından sonra keçirilən qurultayda Alparslan Türkeşin oğlu Tuğrul ilə girdiyi liderlik yarışında qalib gəlib.

18 aprel 1999-cu ildəki bələdiyyə və məclis seçkilərinə Devlet Bahçelinin liderliyində girən MHP tarixində ilk dəfə 18% səs alaraq ikinci yeri tutub və Demokratik Sol Partiyasının lideri Bülent Ecevitin qurduğu hökumətə MHP də daxil olub. Devlet Bahçeli hökumətdə baş nazirin müavini vəzifəsinə təyin edilib.

3 noyabr 2002-ci ildə keçirilən seçkidə MHP 10%-lik ölkə baryerini keçə bilməyərək Məclisdən kənarda qalıb. 22 iyul 2007-ci ildə 71 millət vəkiliylə Məclisə qayıdan MHP 12 iyun 2011-ci ildəki seçkidə isə 53 millət vəkili mandatı qazana bilib.

30 mart 2014-cü ildə keçirilmiş bələdiyyə seçkisində MHP 2 milyon artıq səs alsa da, 10 avqust 2014-cü ildə keçirilmiş seçkidə partiyanın 2 milyon səsi AKP-nin prezidentliyə namizədinə gedib. (apa)

İnterpress.az