İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1990-cı illərdə “Taliban”ın idarəçiliyi dönəmində minlərlə təmsilçisi məhv edilən şiə hazaralar indi daha böyük təhlükə qarşısında qalaraq “Taliban”dan yardım istəyib.
Hazaraların tanınmış nümayəndələri Qəznə şəhərində “Taliban” komandirləri ilə bir araya gəlib. Toplantıda hazaraları təmsil edən Abdül Halik Yakubi “Taliban”dan yardım istədiklərini və qarşı tərəfin bu istəyi qəbul etdiyini bildirib.
Əfqanıstan əhalisinin 9 faizini təşkil edən hazaraların kökünün Çingiz xan dönəmində bölgəyə gələn monqollara gedib çıxdığı bildirilir.
İnterpress.az