Dəfn mərasimi izdihamlı keçib. İzdiham qatillərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Mohammad Zahir deyib ki, qadının Quranı yandırdığı iddiaları təsdiqini tapmayıb.
Fərhundə martın 19-da kişilərdən ibarət qrup tərəfindən döyülüb yandırıldıqdan sonra Kabil çayına atılıb.
Prezident Ashraf Gani hadisəni “iyrənc akt” adlandırıb, istintaq aparılması barədə göstəriş verib. Polis qətllə bağlı 13 nəfəri həbs edib.
İnterpress.az