Misirin Qırmızı dəniz sahillərində Əl-Küseyr kurortunda Almaniyadan olan turst faciəli şəkildə ölüb.
Belə ki, 52 yaşlı turist dənizdə çimərkən akulanın hücumuna məruz qalıb.
Akula alman turistin ayağının birini dişləyərək qoparıb. Hadisə yerində olan insanlar onu xəstəxanaya aparıblar. Lakin turist aldığı travmadan yolda keçinib.
Qeyd edək ki, Misirdə 2010-cu ildə də analoji hadisə baş vermişdi. \”Şarm əl-Şeyx\”də akulalar dənizdə çimən insanlara hücum etmişdi. 4 nəfər yaralanmışdı, 1 nəfər ölmüşdü.
İnterpress.az