Azərbaycanın bəzi ərazilərində 35 sm-ə qədər qar düşübbackend

Azərbaycanın bəzi ərazilərində 35 sm-ə qədər qar düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəldən də xəbər verildiyi kimi, martın 22-si günün ikinci yarısından 23-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.

Ən çox qar örtüyü Qubanın dağlıq ərazilərində qeydə alınıb. Belə ki, həmin ərazilərdə qar örtüyünün hündürlüyü 21-35 sm-ə çatıb. Daşkəsən və Gədəbəydə 18 sm, Göygöldə 11 sm, Qəbələdə-Altıağacda 10 sm kimi qar düşüb.

Ölkənin əksər ərazilərində – Bakı və Abşeron yarımadasında, Lənkəran-Astara, Gəncə-Qazax və digər yerlərdə isə yağış yağıb. Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı normadan bir qədər yuxarı olub.

İnterpress.az