Quba-Xınalıq yolu qismən açıldıbackend

Quba-Xınalıq yolu qismən açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nəqliyyat Nazirliyi Quba rayon 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov ANS PRESS-in bölgə müxbirinə məlumat verib. Onun sözlərinə görə, ərazidə avtomobillərin hərəkəti üçün cığır açılıb.

Hazırda ərazidə təmizləmə işləri aparılır. Düzdür maşınların hərəkəti üçün yol açılıb. Lakin müəyyən ərazilərdə yola təkrar daş parçaları düşüb. Onları da təmizləyəcəyik”, – deyə Bilal Sultano bildirib.

Qurum rəsmisi deyir ki, ehtimal olunur ki, bundan sonra da yola qaya parçaları düşəcək. Düşməsi ehtimal olunan daş parçaları təmizlənəcək.

Qeyd edək ki, dünən Quba-Xınalıq yolunun 31-ci kilometrindən 50-ci kilometrinə qədər olan hissəsində qar uçqunu baş vermişdi. Bu səbəbdən gediş-gəliş qismən bağlanmışdı. Dünən Qubanin Xınalıq kəndinə düşən qarın qalınlığı 40 santimetrə qədər olub. Digər dağ kəndlərinə isə sulu qar yağıb.

İnterpress.az