Havalar isinirbackend

Havalar isinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşama doğru bəzi yerlərdə çiskin olacağı ehtimalı var, həmçinin şimal küləyi əsəcək.

Bu gündən etibarən yaxın 2-3 gün ərzində Bakıda hava şəraiti mülayimləşəcək, temperatur tədricən yüksələcək. Bölgələrdə isə sabahdan başlayaraq yağıntılar kəsiləcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Rayonlarda martın 25-də bəzi yerlərdə yağış yağacaq. Dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

İnterpress.az