Tarixdə bu günbackend

Tarixdə bu gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

421 – Venesiyanın əsası qoyulub.

1611 – türk səyyahı Evliya Çələbi bu gün dünyaya göz açıb.

1897 – publisisist Qulam Məmmədli bu gün dünyaya göz açıb.

1907 – Almas İldırım – şair. bu gün dünyaya göz açıb.

1949 – Sovet hökumətinin qərarı ilə Litva, Estoniya və Letonyadan 92000 adam sürgün edildib.

1965 – amerikalı aktrisa Sara Cessika Parker dünyaya göz açıb.

1992 – Ali Sovetin fövqəladə sessiyasında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilib. Ali Sovetin qərarına əsasən, növbədənkənar prezident seçkiləri 1992-ci il iyunun 7-nə təyin olunub.

1997 – Azərbaycan prezidenti Heydər Əliyevin Ukraynaya rəsmi səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb. Azərbaycan prezidenti Ukraynanın ali dövlət mükafatı, \”Yaroslav Mudrı\” ordeni ilə təltif edilib.

2000 – Milli Məclisdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunduqdan sonra yerinə yetirməli olduğu öhdəliklər sənədi qəbul olunub. Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin tərtib etdiyi öhdəliklər siyahısı Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanıb.

2007 – Azərbaycan Vikipediyasında 1000-ci istifadəçi qeydiyyatdan keçib.

2009 – türk siyasətçisi Möhsün Yazıçıoğlu (d. 1954) helikopter qəzasında dünyasını dəyişib.

İnterpress.az