Bu barәdә Avropa Komissiyası vә Aİ Xarici әlaqәlәr vә Tәhlükәsizlik Siyasәti Ali Nümayәndәliyinin Avropa Qonşuluq Siyasәtinin tәtbiqi ilә bağlı qәbul etdiyi hesabatda deyilir.
Hesabatda vurğulanıb ki, hәr iki tәrәf üçün getdikcә daha vacib olan Cәnub Qaz dәhlizinin tәtbiqi ilә bağlı işlәr davam etdirilib: \”Ötәn il Aİ-Azәrbaycan әlaqәlәri daha da inkişaf edib. Viza sadәlәşdirilmәsi vә readmissiya sazişi vә Azәrbaycanın Aİ proqramlarında iştirakı ilә bağlı protokol hәyata keçirilib. Azәrbaycan 2014-cü ildә iqtisadiyyatın şaxәlәndirilmәsi istiqamәtind sәylәrini artırıb. Qeyri-neft sahәsinin inkişafı vә sosial stabillik sәbәbindәn makroiqtisadi mühit stabil qalib: \”Avropa İttifaqı növbәti il üçün Azәrbaycana yeni reallıqları qarşılıqlı münasibәtlәrә daha çox tәtbiq etmәk baxımınıdn mövcud tәrәfdaşlığı inkişaf etdirmәk istiqamәtindә addımları aktivlәşdirmәyi tövsiyә edir\”.
Hesabata әsasәn, 2014-2017-ci illәrdә 94 milyon avrodan çox vәsait tәhsil vә bacarıqların inkişafı, әdliyyә, regional vә kәnd tәsәrrüfatı kimi aparıcı sahәlәrin inkişafı üçün ayrılacaq.
Daha sonra qeyd olunub ki, 2014-cü ildә tәrәflәr arasında ticarәt dövriyyәsi 16.7 milyard avro olub: \”Aİ Azәrbaycan aparıcı ticarәt tәrfdaşı olmaqda davam edir”.
İnterpress.az