Nigeriya hökuməti prezident seçkiləri ilə əlaqədar ölkə sərhədlərini 3 gün boyunca bağlamaq barədə qərar qəbul edib.
Sərhədlər martın 25-dən 28-dək bağlı qalacaq.
Qeyd edək ki, “Boko Haram” terror qruplaşması seçkiləri pozmaq hədəsi ilə çıxış etmişdi. Martın 28-də keçiriləcək seçkilərdə əsas namizədlər hazırkı dövlət başçısı Qudlak Conatan və 80-ci illərdə ölkəyə başçılıq etmiş Məhəmməd Buxaridir.
İnterpress.az