İnterpress.az xəbər verir ki, əl-Dulaimi aviabazası da raket atəşinə tutulub.
Məlumata görə, hərbi əməliyyatlarda Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla Fars körfəzinin 10 ölkəsi iştirak edir.
Yəməndə hakimiyyəti ələ keçirən “Ənsər Allah” (husilər) hərəkatının nümayəndəsi bəyan edib ki, ölkəyə qarşı istənilən hər hansı bir təcavüz cavabsız qalmayacaq.
Qeyd edək ki, bir qədər əvvəl Yəmən prezidenti Əbd Rabo Mənsur Hadinin ölkəni tərk etməsi, Ədən şəhərinin isə husilərin nəzarəti altına keçməsi barədə məlumat yayılmışdı. Hazırda Mənsur Hadinın harada olduğu məlum deyil.
Xatırladaq ki, şiə qiyamçıları bu ilin yanvarında prezident sarayını zəbt edərək hakimiyyəti ələ keçiriblər. Mənsur Hadi istefa müraciətini parlamentə göndərsə də, sonra paytaxt Sənadan doğma Ədən şəhərinə qaçıb və parlamentə istefa ərizəsini geri götürməsi ilə bağlı müraciət göndərmişdi.
İnterpress.az