Tarixdə bu günbackend

Tarixdə bu gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1636 — Hollandiyada Utrext Universiteti yaradıldı.

1668 — İngiltərə Mumbay üzərində idarəni ələ keçirdi.

1812 — Zəlzələ Venesuelanın paytaxtı Karakası dağıdır.

1826 — Frans Şubert ictimaiyyətə özünün yeganə konsertini verdi.

1939 — Türkiyədə millət vəkili seçimləri keçirildi.

1995 — Şengen razılaşması qüvvəyə mindi.

2006 — Şotlandiyada ictimai yerlərdə siqaret çəkmək qadağan olundu.

1893 – Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova (1893-1972) anadan olub.

1910 – Görkəmlı teatr və kino aktyoru, SSRİ-nin xalq artisti Ələsgər Ələkbərov (1910-1963) anadan olmuşdur.

1989 – SSRİ-də alternativlik şəraitində ilk seçkilər keçirilib. SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər) yeri uğrunda 10 min namizəd mübarizə aparıb. Bu, Azərbaycanda da ilk alternativ əsaslı seçki idi. Buna qədər sovet seçkiləri “1 mandat – 1 namizəd” prinsipi ilə keçirilirdi.

1998 – Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Fərmanda XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Dağlıq Qarabağda və Ermənistanın işğal etdiyi digər ərazilərdə davam etməsi təhlil olunub. Fərmana əsasən, 1918-ci il mart soyqırımının tarixi – 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

2000 – Azərbaycanda 1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə seçkilərinin davamı olaraq təkrar seçkilər keçirilib. Həmin seçkilərdən sonra nəticələri ləğv edilmiş 75 bələdiyyə üzrə ümumilikdə 500-ə yaxın bələdiyyə üzvü seçilib.

2005 – Yeni Azərbaycan Partiyasının III qurultayında prezident İlham Əliyev təşkilatın yeni sədri seçilib. İlham Əliyev 1999-cu ilin dekabrında YAP sədrinin müavini, 2001-ci ilin noyabrında isə sədrin 1-ci müavini seçilmişdi. 2003-cü ilin 12 dekabrında Heydər Əlievin vəfatından sonra partiyaya rəhbərlik edirdi.

İnterpress.az