Ata qızını ürəyindən bıçaqladıbackend

Ata qızını ürəyindən bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Sabunçu dəmir yolu stansiyasında baş verib.

Belə ki, dəmir yolu stansiyası ərazisində ürək nahiyyəsindən 3 bıçaq zərbəsi alan olan qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafzə orqanlarının əməkdaşları gedib.

Araşdırmalar zamanı ölən şəxsin 1985-ci il təvəllüdlü Zərifə Cəlal qızı Qurbanov olduğu məlum olub. Araşdırılmalar zamanı qadının doğma atası tərəfindən öldürüldüyü müəyyən edilib.
Hadisəni törədən Cəlal Qədir oğlu Qurbanov saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bildirilir ki, ata qızını yüngül həyat tərzi keçirdiyi üçün öldürüb.

Qızının əməllərinə narazı olan ata onu öldürmək qərarına gəlib. Bu səbəbdən ata qızının ürəyinə 3 bıçaq zərbəsi vurub. Zərbələrdən bir qadının ürəyini parçalayıb.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. ( anspress.com )

İnterpress.az