19 dərəcə isti olacaqbackend

19 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında martın 27-də temperatur gecə 5-7˚, gündüz 11-16˚ isti olacaq.

Azərbaycanın rayonlarında da martın 27-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında temperatur gecə 4-8˚, gündüz 11-16˚, bəzi yerlərdə 19˚ isti, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 7-12˚, bəzi yerlərdə 15˚ isti olacaq.

İnterpress.az