Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri, \”Bredli\” BMP-lərinin və tanklarının Gürcüstana gətirilməsinin səbəbi hərbi təlimlərdə iştirak etməkdir.
Təlimlərin keçirilməsi hələ ötən ilin oktyabr ayında planlaşdırılmışdı. Təlimlərdə Gürcüstan hərbi polisi də iştirak edəcək.
2015-ci ilin payızında isə Gürcüstanda NATO təlim mərkəzinin açılması planlaşdırılır. Hazırda NATO ekspertləri ölkədə aerodrom və poliqonların mövcud olduğu potensial bazalara baxış keçirirlər.
İnterpress.az