İnterpress.az-ın xəbərinə görə, dekabrın 10-dan bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir. Analoq yayımın III mərhələdə – 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.
Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılıb.
İnterpress.az