Yol polisindən sərnişin daşıyanlara sərt xəbərdarlıqbackend

Yol polisindən sərnişin daşıyanlara sərt xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan istifadə edən bəzi sürücülər isə sərnişin daşıma qaydalarının kobud şəkildə pozub vətəndaşların həyatını təhlükəyə ataraq əlavə qazanc əldə etməyə çalışırlar. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qəti xəbərdarlıq edir ki, nəqliyyat vasitələri ilə nəzərdə tutulduğundan çox sərnişin daşıyanlar qanunvericiliklə sərt cəzalandırılacaqlar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

BDYPİ sözçüsü sürücüləri və avtomobil sahiblərinə müraciət edərək, onları həm cəzaya məruz qalmamaq, həm də insanların təhlükəsizliyini təmin etmək üçün diqqətli olmağa, yol hərəkəti, eləcə də nəqliyyat vasitələrinin istismarı qaydalarına ciddi əməl etməyə çağırıb.

Şöbə rəisi bildirib ki, istər minik avtomobillərində, istərsə də avtobuslarda nəzərdə tutulduğundan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir: “Minik avtomoillərinin sürücüləri bilməlidir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişinlərin sayı nəqliyyat vasitəsinin kostruksiyasında nəzərdə tutulmuş oturacaqların sayından çox olarsa, bu qayda pozuntusu 60 manat miqdarında pul və 3 cərimə balı ilə cəzalandırılır”.

K.Əliyev qeyd edib ki, eyni qayda ozuntusuna yol verən avtobusın sürücü və ya sahibləri də cəzalandırılacaqlar: “Əgər avtobusda ayaq üstə durmaq üçün konstruksiya varsa, o zaman sürücü məsuliyyətə cəlb edilmir. Amma müvafiq konstruksiyası olmayan avtobus və ya mikroavtobuslarda sürücü sərnişinin ayaq üstə getməsinə və yaxud nəzərdə tutulan oturacaq sayından artıq sərnişinin daşınmasına görə məsuliyyət daşıyır. Onlar da 60 manat pul və 3 cərimə balı ilə cəzalandırılırlar. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə isə həmin nəqliyyat vasitəsinin sahibi 150 manat məbləğində cərimə olunacaq”.

İnterpress.az