Partlayış nəticəsində kənd sakini 53 yaşlı Atlaz Şirinova ağır yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas ediblər. Onun ayağında və bənənində bir neçə qəlpə çıxarılıb.
Hazırda yaralının vəziyyəti orta-ağırdır.
Partlayışın səbəbinə gəlincə, evdə qazın zəif olduğunu görən evin xanımı Atlaz Şirinova bağdan odun gətirərək sobaya atıb. Bir neçə dəqiqə keçəndən sonra üçü uşaq olmaqla 7 nəfərin yaşadığı evdə qızdırıcı sobada partlayış olub.
Araşdırmalar zamanı məlum olub ki, ocağa atılan odunları içində partlamamış güllə olub. ( anspress.com )
İnterpress.az