Saakaşvilinin azərbaycanlı tərəfdarları saxlanıldıbackend

Saakaşvilinin azərbaycanlı tərəfdarları saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Ramin Bayramov Tiflisdə hüquq-mühafizə orqanlarının Samir İsmayılovu və onun komandasını saxlaması barədə ötən gecə saat təqribən 01.30-da xəbər tutub. Onlar Tiflisin mərkəzi Vake rayonunda, \”Mişa yolu\” yazılan yerdə saxlanılıblar.

S.İsmayılov \”Mişa yolu\” adlı Gürcüstan Azərbaycanlıları Hərəkətinin banisidir. Saxlanılanlar arasında onun həyat yoldaşı, həmçinin Elxan Nəbiyev, təşkilatın rəhbəri Aslan Məmmədov, iki fəal Azər Ömər və Tamerlan Məmmədov, eləcə də \”Azad zona\” aktivisti Aqil Mustafayev var.

Maraqlıdır ki, saxlananlara kiməsə zəng etmək və tutulma haqqında məlumat vermək qadağan edilib. Təbii ki, bu, insanın hüquqlarının açıq şəkildə pozulmasıdır. Onları Daxili İşlər Nazirliyinin mərkəzi binasına aparıb, səhərə qədər orada saxlayıblar. ( vesti.az )

İnterpress.az