İnterpress.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında \”Baku Grand Prix\” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Mətbuat katibi 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün satışa çıxarılan biletlərin sayının 30 000 olduğunu bildirib.
“ Qiymətlər haqqında isə bir neçə gün bundan əvvəl məlumat vermişdik. Qran Priyə maraq gözlədiyimiz kimi çox yaxşıdır”.
Nigar Arpadarai həmçinin xarici ölkə vətəndaşlarının da biletlər sifariş etdiyini deyib.
“ Əsasən isə Rusiya, Britaniya və s. kimi ölkələrin vətəndaşları artıq biletlər sifariş ediblər. Nə qədər biletin satıldığı haqqında isə indiki mərhələdə hansısa rəqəm söyləmək istəməzdik. Çünki kompaniyaya yeni başlamışıq”.
İnterpress.az