“ABŞ Azərbaycanın güclü tərəfdaşıdır”backend

“ABŞ Azərbaycanın güclü tərəfdaşıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

R. Sekuta ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu və qonaqları salamlayan ABŞ-Azərbaycan Ticarət Palatası icraçı direktoru Süzan Sadığova diplomatlara iki dövlət arasında qarşılıqlı ticarət və biznes əlaqələrinin genişlənməsi missiyasına göstərdikləri sadiqliyə görə təşəkkür edib.

Sonra söz ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, Konqres üzvü Bill Delahanta verilib.

B. Delahant R. Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini, habelə onun ABŞ Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri önə çəkib: “Səfir Sekuta dövlətə yaxşı xidmət edən şəxsi təcəssüm edir. Mən ona təşəkkür etmək istəyirəm”.

B. Delahant R. Sekutanın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əminliyini ifadə edib.

Səfir E. Süleymanov isə təşkilatçılara və qonaqlara təşəkkür edərək R. Sekutanın Azərbaycana təyin olunmasından məmnunluğunu dilə gətirib. O, iki dövlət arasında olan münasibətlərin vacibliyini və strateji əhəmiyyət kəsb etdiyini, daha çox insanların bu münasibətlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində R. Sekuta çıxışı zamanı qeyd edib ki, onun əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin qüclü və müsbət məcrada inkişafını təmin etməkdir. O, Azərbaycanla ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu vurğulayıb. Səfir qonaqlara 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən I dərəcənin verilməsini və nəticədə Nyu-Yorkla Bakı arasında aviareysin açıldığını xatırladıb. R. Sekuta uğurlu əməkdaşlığın davam etməsi üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların aparıldığını da söyləyib.

R. Sekuta Birləşmiş Ştatların Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olduğunu qeyd edib: “Cənub Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və belə vacib anda Xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə, habelə regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə, turistləri cəlb edən lider dövlət olmaqda yardım göstərməkdir”. ( apa )

İnterpress.az