İnterpress.az Reuters agentliyinə istinadən xəbər verir ki, Livanla həmsərhəd bölgədə İran tərəfindən dəstəklənən Hizbullah Bashar al-Assad-a sadiq qüvvələrə kömək edir.
Suriya dövlət televiziyası bildirib ki, hökumət qoşunları Zəbədani şəhəri ətrafında 10-dək strateji yüksəkliyi ələ keçiriblər.
Xəbərlərdə “bir neçə terrorçuunun öldürüldüyü və onların bazalarının dağıdıldığı” bildirilir.
Bu da xəbər verilir ki, öldürülənlərin arasında əcnəbi döyüşçülər də olub.
Suriya hökumətinə qarşı çıxış edən silahlı qüvvələrin arasında əl-Qaedanın yerli qolu əl-Nüsrə Cəbhəsi də var.
İnterpress.az