“Körpəni zibil qutusuna yox, xüsusi qutuya atsınlar” – TƏKLİFbackend

“Körpəni zibil qutusuna yox, xüsusi qutuya atsınlar” – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kübra Fərəcova adına Elmi Elmi-Tədqiqat Pediatriya İnstitutun direktoru Nəsib Quliyev açıqlamasında bildirib ki, körpənin vəziyyəti ağır stabil olaraq qalır: “İnstituta gətiriləndə körpəni müayinə etdik, məlum oldu ki, bir günlükdür. Heç körpənin göbəyi də kəsilməyib. Ağır soyuq travması nəticəsində bədənin soyumasında kəskin tənəffüs çatışmazlıq yaranıb. Hazırda körpə institutun reanimasiya şöbəsindədir. Vəziyyətində qismən stabilləşmə olsa da, həyat təhlükəsi davam edir. 1-2 günə uşağın sağalacağını demək qeyri-mümkündür”.

Baş pediatr körpə atışını kəskin pisləyib: “Heç bir hadisə, vəziyyət bu fakta bəraət verə bilməz. Uşaq 9 ay ana bətnində qalıbsa, ona xidmət etmək lazımdır. Vəhşi heyvan belə öz balalarını küçəyə atmır”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, zibil qabına uşaq atılması artıq sensasiya deyil: “İndi atılmış uşaqlar üçün nə edə biləcəyimizi müzakirə etməliyik. Bu cür hadisə valideyn məsuliyyətsizliyidir. Ancaq belə körpələrlə heç olmasa biz məsuliyyət məsuliyyətsiz davranmayaq”.

Birliyinin sədri deyir ki, Azərbaycanda il ərzində 60-a yaxın uşaq valideyni tərəfindən atılır: “Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində müxtəlif yaş arasında 50-60 uşaqdan valideynləri imtina edir. Atılmışlar arasında körpələr daha çoxdur”.

Qeyd edək ki, bir çox ölkələrdə doğum evlərində xüsusi qutular yerləşdirilir. Hansı ana yeni doğulan uşağını istəmirsə, körpəni qutuya qoyur. Uşağı qutuya yerləşdirən kimi işıqlandırma və isitmə sistemi işə düşür. Həmin vaxt valideynə qərarından dönməsi üçün 30 saniyə vaxt verilir. Qərarı dəyişmirsə qutu bağlanır. Siqnal çalınır və doğum evinin işçiləri uşağı oradan götürürlər. Uşağını atan ananın kimliyi gizli saxlanılır.

Kəmalə Ağazadənin sözlərinə görə, “körpə qutuları” (\”baby box\”) Səhiyyə Nazirliyinin qərarı əsasında yaradıla biləcək bir sistemdir: “Bu barədə biz təklif vermişik. Amma cəmiyyətdə bizə qınaq gəldi ki, bu qutuların yaradılması daha çox körpənin atılmasına səbəb olacaq. Fikrimcə, düzgün yanaşma deyil. Çünki uşağından imtina edən ana onu atacaq. Yaxşı olardı, onu “körpə qutusu”na atsın”.(teleqraf)

Interpress.az