Dəmiryol qiymətləri endirdibackend

Dəmiryol qiymətləri endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması üçün \”Rusiya Dəmir Yolları\” ASC-yə və Gürcüstan Dəmir Yollarına müraciət edilib.

Danışıqlar nəticəsində \”Rusiya Dəmir Yolları\” ASC ilə \”Azərbaycan Dəmir Yolları\” QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədi ilə martın 30-dan etibarən Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35 faiz aşağı salınıb.

Martın 15-dən etibarən isə Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Gürcüstan Dəmir Yolları ilə \”Azərbaycan Dəmir Yolları\” QSC arasındakı ikitərəfli razılığa əsasən, Gürcüstan ərazisində də gediş haqqı tarifləri aprelin 5-dən etibarən aşağı salınacaq.

Qeyd edək ki, martın 11-dən dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 35 faiz artıb. Bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilmişdi.

İnterpress.az