Bakı şəhər Baş Polis idarəsi və Şəhər Prokurorluğundan birgə məlumatında qeyd edilir ki, martın 27-də Hövsan qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
İnterpress.az