Erməni işğalı 190 milyard ziyan vurubbackend

Erməni işğalı 190 milyard ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Müəllimlər İnstitutunda “Tarixi erməni təcavüzü: Azərbaycanın əqli mülkiyyət itkiləri” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı deyib.

X. Kazımlı bildirib ki, yerüstü və yeraltı sərvətlərin talan edilərək məhv edilməsi nəticəsində dəyər birbaşa və dolayı zərərlər 190 milyarddan artıq olduğu heç kəsdə şübhə doğurmur, bu istiqamətdə qiymətləndirmələr davam edir.

Tədbirdə İşçi Qrupu tərəfindən 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi istiqamətində iş aparıldığı da açıqlanıb. Qrupun tarixçi-eksperti Vaqif Qafarov nəzərə çatdırıb ki, hazırda Baakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələrində ermənilərin törətdikləri soyqırımların nəticələri hesablanaraq qiymətləndirilib. Hesablamaların ilkin nəticələrinə görə, bu bölgələr üzrə 124 min 236 nəfər türk-müsəlman öldürülüb, ümumilikdə əhaliyə o dövrün qiymətləri ilə 8 milyard 235 milyon rubl maddi ziyan vurulub. Bu məbləğin Ramsey formulu ilə diskont əmsalı hesablanarkən bu rəqəm indiki pula 370 milyard 575 milyon dollar təşkil edir. İrəvan, Eçimədziin, Qars, Gümrü, Cəbrayıl, Cavanşir, Şuşa, Göyçay, Ərəş, Şəki, Lənkəran, Salyan və digər Azərbaycan bölgələrində törədilən soyqırımların nəticələri bura daxil deyil. Bu bölgələrdə törədilən soyqırımların nəticələri də hazırda İşçi Qrupu tərəfindən araşdırılır. Araşdırmalar başa çatdıqdan sonra həm bu bölgələr üzrə, həm də bütövlükdə Azərbaycan üzrə yekun rəqəmlər açıqlanacaq.

İnterpress.az