İnterpress.az xəbər verir ki, Türkiyənin Tehrandakı nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran XİN-nin sözçüsü Mərziyə Afham bu barədə xəbəri təsdiqləyib. Nazirlik sözçüsü bildirib ki, Türkiyənin Tehrandakı təmsilçisi Barış Saygından Ərdoğanın İranla bağlı səsləndirdiyi ifadələrə aydınlıq gətirilməsi tələb edilib: “Ərdoğanın sözləri bizi narahat edib. Rəsmi Ankaranın bununla bağlı açıq və qəti açıqlama verəcəyini gözləyirik”.
İranın bəzi siyasətçiləri isə Ərdoğanın bu ölkəyə səfərinə yasaq qoyulmasında israr edir.
İnterpress.az