DİN Daşkəsən rayonunda baş verən qətllə bağlı məlumat yayıbbackend

DİN Daşkəsən rayonunda baş verən qətllə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 26-da Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.

Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək hadisəni törətməsini etiraf edib.

G.Mirzəyevanın meyiti eksqumasiya edilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar aparılır.

İnterpress.az