İnterpress.az xəbər verir ki, İran Universitetlərinin tələbələri prezident Ruhaniyə məktub yazaraq Ərdoğanın bu ölkəyə gözlənilən səfərini təxirə salmağa çağırıb. Tələbələrin firkincə, İran əleyhinə bəyanat səsləndirən Ərdoğan bu şərtlər daxilində Tehrana səfər edə bilməz.
İranlı politoloq Mehdi Məhəmmədi də Ərdoğanın hələ də Osmanlı imperiyası xəyalında olduğunu bildirib. Politoloqun fikrincə, Ərdoğan bu açıqlamalarla özünü siyasət aləmində bitirib.
İranlı deputat Mənsur Həqiqətpur də Ərdoğana qarşı sərt mövqe nümayiş etdirənlər arasındadır. Həqiqətpur İran mətbuatına müsahibəsində Ərdoğanın siyasi iflasa uğradığını bildirərək “Bu şərtlər daxilində Ərdoğan siyasi həyatını davam etdirə bilməyəcək” deyib.
İnterpress.az